Batuhan Acunu məhkəməyə verdi

3-08-2022, 16:58           
Batuhan Acunu məhkəməyə verdi
"Survivor 2022" yarışmasının finalçılarından olan Batuhan Karacakaya ilə layihənin rəhbəri Acun Ilıcalı arasındakı gərginlik böyüyüb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Batuhanın Acunu məhkəməyə verdiyi iddia olunur.

Buna səbəb Batuhanın yarışmada qazandığı dəyəri 3 milyon lirə olan avtomobilin ona təhvil verilməməsi olub.

O, artıq müsabiqənin finalından 1 ay keçməsinə baxmayaraq avtomobilini ala bilmədiyi üçün bu addımı atıb.

Xatırladaq ki, "Survivor 2022" yarışmasının finalında Nisa Bölükbaşının çempion olmasından sonra Batuhan Karacakaya nəticələrin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bunun ardınca isə layihə rəhbəri ilə onun arasında gərginlik yaranıb. Nəticədə, Batuhanın daha öncədən qazandığı avtomobil ona verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru