“Haber Global” Azərbaycanın antiterror əməliyyatı barədə süjet hazırlayıb - VİDEO

4-08-2022, 00:04           
“Haber Global” Azərbaycanın antiterror əməliyyatı barədə süjet hazırlayıb - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı barədə süjet hazırlayıb.

Süjetdə mətbuatda yayılan, həmçinin Müdafiə Nazirliyinin ictimailəşdirdiyi pilotsuz uçuş aparatlarının zərbə endirməsinin görüntüləri yayımlanıb.

Süjetdə bildirilib ki, erməni yaraqlılarının açdığı atəş nəticəsində səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid olub: “Azərbaycan Ordusu dərhal əks-əməliyyata start verib”.

Vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanması ilə gələn sülh çağırışları istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev son aylarda Ermənistan tərəfini son dəfə xəbərdarlıq edib.

Qeyd olunub ki, antiterror əməliyyatı “Bayraktar TB2” pilotsuz uçuş aparatları vasitəsilə gerçəkləşdirilib: “Əlbəttə, atəşkəsin pozulması halında Azərbaycanın antiterror əməliyyatını həyata keçirəcəyi gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru