Məşhur rejissora Parkinson xəstəliyi diaqnozu qoyuldu 9-08-2022, 10:54 Danimarkalı rejissor, “Oskar”a namizəd və “Qızıl Palma” mükafatı laureatı Lars fon Trierdə Parkinson xəstəliyi aşkarlanıb.Bu barədə məlumatı rejissorun filmlərinin istehsalçısı olan Danimarka kino şirkəti “Zentropa” təsdiqləyib.Bildirilib ki, Trier yaxşı əhval-ruhiyyədədir və xəstəliyin əlamətləri üzrə müalicə olunur.Qeyd edək ki, hazırda rejissor “Krallıqlar” serialının üçüncü mövsümü üzərində işləyir.Mənbə: gazeta.ru Facebook-da paylaş