Məhkəmə Flora Kərimovanın VƏSATƏTİNİ TƏMİN ETDİ

10-08-2022, 15:54           
Məhkəmə Flora Kərimovanın VƏSATƏTİNİ TƏMİN ETDİ
Bu gün Flora Kərimovanın Afət Fərmanqızına qarşı iddiası əsasında Nərimanov rayon məhkəməsində hazırlıq iclası keçirilib.

TEREF lent.az-a istinadla xəbər verir ki, Aytən Novruzovanın sədrliyi ilə baş tutan hazırlıq iclasında Flora Kərimovanın vəkili Xavər İsmayılova vəsatət qaldırıb.

Vəkil Xalq artistinə qarşı işlədilmiş ifadələr üzərində linqvistik ekspertizasının keçirilməsi xahiş edib.

Məhkəmə vəsatəti təmin edib. İş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittimaçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru