Fahriye Evcen və Burak Özçivitdən ayrılıq xəbərlərinə REAKSİYA - FOTO

11-08-2022, 09:44           
Fahriye Evcen və Burak Özçivitdən ayrılıq xəbərlərinə REAKSİYA - FOTO
Türkiyəli məşhur sənətçi cütlük Fahriye Evcen və Burak Özçivit ayrılıq xəbərlərinə aydınlıq gətiriblər.

Fahriye Evcenin qayınanası ilə mübahisə etməsi və Burak Özçivitin həyat yoldaşına “Fahriye, bəsdir” deyə qışqırması iddiası şou-biznes gündəmində bomba effekti yaradıb.

Hətta məşhur cütlüyün qonşularının sosial şəbəkədəki paylaşımlarına görə, Evcenin mübahisədən sonra evi tərk etdiyi iddia edilib.

Mətbuata əks olunan ayrılıq xəbərinin ardından məşhurlar səssizliklərini pozublar.

Onlar romantik anlarını “Instagram” hesabından paylaşaraq, “Artıq boş-boş danışmayın, bizi rahat buraxın...” - deyərək iddiaları təkzib ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru