Depp boşanma qalmaqalına görə uzaqlaşdırıldığı “Fantastik varlıqlar”a qayıda bilər - FOTO

17-08-2022, 09:48           
Depp boşanma qalmaqalına görə uzaqlaşdırıldığı “Fantastik varlıqlar”a qayıda bilər - FOTO
Hollivud ulduzu Conni Depp “Fantastik varlıqlar və onların məskəni” (“Fantastic Beasts and Where to Find Them”) filmindəki roluna qayıda bilər.

Bu barədə franşizanın ikinci hissəsində aktyoru əvəzləyən Mads Mikkelsen bildirib.

Depp filmin ilk hissəsində “Qrin-de-Vald” obrazını canlandırıb, lakin keçmiş həyat yoldaşı Amber Hördün zorakılıq iddialarından sonra rolundan uzaqlaşdırılıb və ikinci hissədə bu rolu Mikkelsen oynayıb.



“Aydındır ki, indi kurs dəyişib - o, məhkəməni qazanıb. Odur ki, görək qayıdacaqmı? Ola bilər”, - deyə Hollivud ulduzu bildirib.

Mikkelsen həmçinin Deppi aktyorluq bacarığına görə tərifləyib.

“Mən Conninin böyük fanatıyam. Düşünürəm ki, o, heyrətamiz aktyordur, məncə, o, fantastik iş görüb”, - deyə o bildirib.


Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru