"Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz" - Həmidə Ömərova

18-08-2022, 11:17           
"Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz" -
"Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır təkcə işim deyildi, həm də anam idi".

TEREF axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "O üz" proqramında deyib. Sənətçi anasının onun ərə getməsinə mane olduğunu bildirib:

"Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, "Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz". Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru