Pekində yüz robot itin iştirakı ilə rəqs şousu keçirildi - VİDEO

19-08-2022, 12:28           
Pekində yüz robot itin iştirakı ilə rəqs şousu keçirildi - VİDEO
Avqustun 18-də Pekində açılan 7-ci Ümumdünya Robot Konfransının qonaqları və iştirakçıları qarşısında yüz robot it rəqs edib.

Yağışa baxmayaraq, sərgi mərkəzinin qarşısındakı meydançada baş tutan “it şousu” çoxlu tamaşaçı, xüsusən də uşaqları ətrafına toplayıb.

Robotlar sinxron hərəkətlərlə yanaşı, müxtəlif həndəsi forma və naxışlarda düzülərək səhnədə hərəkət edib. Hər it 2022-ci ilin simvolu olan pələng şəklində kiçik bir oyuncaq ilə bəzədilib.

Robotlar Çinin “Unitree” şirkəti tərəfindən hazırlanıb. Rəqs şousunda məhsul xəttinin ən kiçiyi olan “Go1” modelinin itləri iştirak edib. Robotun çəkisi 10 kq-a çatır. Onun batareyasının işləmə müddəti təxminən 1,5 saat, dəyəri isə təxminən 2,7 min dollardır.

Qeyd edək ki, konfrans avqustun 21-dək cavam edəcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru