“Harri Potter” franşizasının spin-offu hazırlanır - FOTO

20-08-2022, 10:34           
“Harri Potter” franşizasının spin-offu hazırlanır - FOTO
Britaniyalı yazıçı Coan Roulinq “Warner Brothers” ilə birlikdə “Harri Potter” franşizasının spin-offunu hazırlayır.

Məlumata görə, sehrbaz oğlan haqqında məşhur kitablar seriyasının müəllifi ilə kino şirkəti arasında sövdələşmə təxminən altı ay əvvəl bağlanıb.

Yazıçılar artıq Potterlə bağlı serial üzərində işləyirlər.

Layihə çox güman ki, HBO Max axın xidmətində yayımlanacaq.

“HBO-da insanlar Potterin spin-offu haqqında fakt kimi danışırlar”, - deyə vəziyyətlə tanış olan mənbədən bildirilib.

“Warner Brothers” nümayəndələri isə spin-offun buraxılması ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.





Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.