Əməkdar artistin atası məşhur qanuni oğru imiş

21-08-2022, 22:02           
Əməkdar artistin atası məşhur qanuni oğru imiş
Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, əməkdar artist Rəhman Rəhmanov atasının qanuni oğru olduğunu etiraf edib.

Teref.az Redaktor.az-a istinadən xəbər verir ki, aktyor bu etirafı "Düz üzünə" verilişində edib:

"Mən "Qara Volqa" kitabında adı çəkilən qanuni oğru "qızılbarmaq Tofiqin" yeganə oğluyam. Atam başkəsən, cəllad kimi adam idi. Amma ömrünün son illərində atamın başına hava gəldi. Ona oğru aləmində ləkə gətirmək üçün toy gecəsi anamın qızıllarını aparmışdılar. Bu atamı təhqir etmək demək idi. Atam o qədər pis olmuşdu ki, toy gecəsi başına hava gəldi.

Ömrünün sonlarına yaxın mən onu Opera və Balet Teatrında qapıçı kimi işə düzəltdim. Amma əmək qabiliyyəti yox idi deyə çalışa bilmədi. Sonra Akademik Dram Teatrında çalışdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru