Salma Hayek Ancelina Colini ən yaxşı rejissor adlandırdı

24-08-2022, 12:53           
Salma Hayek Ancelina Colini ən yaxşı rejissor adlandırdı
55 yaşlı meksikalı aktrisa Salma Hayek Ancelina Colini indiyə qədər birlikdə işlədiyi ən yaxşı rejissor adlandırıb.

“Əbədilər” filminin ulduzu etiraf edib ki, Coli öz sahəsində əsl mütəxəssis və peşəkardır.

Salma Hayekin fikrincə, onun həmkarı ən yaxşı rejissordur.

“Onunla işləməyin hər saniyəsindən həzz alırdım. Hər gün işə gəlmək məni çox sevindirirdi. O, dahidir və əla iş gördü. Bəlkə də bu, onun ən yaxşı filmi olacaq”, - deyə Hayek etiraf edib.

Xüsusilə, Salma Hayek Ancelina Colinin çəkiliş meydançasında həmkarları ilə kifayət qədər asanlıqla ortaq dil tapdığını söyləyib.

Qeyd edək ki, Hollivud aktrisası Ancelina Coli özünü yeni ampluada sınamaq və rejissor olmaq qərarına gəlib. O, hazırda Alessandro Barikkonun eyniadlı əsərinin uyğunlaşdırılması olan “Qansız” adlı film çəkir.

Mənbə: focus.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.