Uill Smitin üzrxahlıq videosuna cavab gəldi

8-09-2022, 12:04           
Uill Smitin üzrxahlıq videosuna cavab gəldi
Amerikalı komediya ustası Kris Rok 2022-ci il “Oskar” mükafatı mərasimi zamanı ona şillə vuran Uill Smitin üzrxahlıq videosuna ilk dəfə ictimaiyyət qarşısında cavab verib.

Rok Londonda çıxışı zamanı videonu şərh edib.

“Cəhənnəm olsun üzrxahlığı videosu ilə birlikdə... O, Məhəmməd Əlini oynayıb, mən isə heç Floyd Mayvezer də deyiləm”, - deyə Rok bildirib.

Krisin dediyinə görə, onun Smitin həyat yoldaşı haqqındakı zarafatı indiyədək söylədiklərinin “ən şirini” olub.

Qeyd edək ki, martın sonunda, “Oskar” mərasimi zamanı tədbirin aparıcısı olan Rok Smitin həyat yoldaşı haqqında uğursuz zarafat edib. O, xəstəlikdən əziyyət çəkən aktyorun həyat yoldaşının qısa saç düzümünə diqqət çəkib. Buna cavab olaraq Smit səhnəyə çıxaraq aparıcıya şillə vurub.

İyulun sonunda isə aktyor Rokdan üzr istəmək üçün altı dəqiqəlik video mesaj paylaşıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru