“TikTok”dakı üsulla yemək hazırlamaq istədi, evi partlatdı - FOTO

9-09-2022, 12:35           
“TikTok”dakı üsulla yemək hazırlamaq istədi, evi partlatdı - FOTO
“TikTok”da gördüyü üsulla yemək hazırlamaq istəyən həvəskar kulinar evini partladıb.

Hadisə Moskvada qeydə alınıb.

Məlumata görə, o, buterbroddakı pendiri videoda gördüyü şəkildə kulinarlar üçün qaz spreyi ilə əritmək istəyib. Ancaq bu vaxt 220 qramlıq balon alışıb. Gənc dərhal onu vannaya atıb, ancaq bu mənzili dəyən ziyandan xilas edə bilməyib. Partlayış nəticəsində iki otağın pəncərəsinin şüşələri çilik-çilik olub.

Xoşbəxtlikdən ev sahibi və həyat yoldaşı xəsarət almayıb.

Polis baş verənlərlə bağlı yoxlamalara başlayıb.

Mənbə: “112” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru