"Nur içində yat, mənim balaca qardaşım!”.- Hissdən ürək ağrıdan sözlər

14-09-2022, 17:12           
"Nur içində yat, mənim balaca qardaşım!”.- Hissdən ürək ağrıdan sözlər
Gənc müğənni Hissin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evində böyüdüyü məlum olub.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Hiss instaqramda foto paylaşaraq, yazıb:
“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru