Yəhudilər Şəbnəm Tovuzlunun konsertinə etiraz etdi: "Gəlməsin"

17-09-2022, 20:19           
Yəhudilər Şəbnəm Tovuzlunun konsertinə etiraz etdi: "Gəlməsin"
Vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.
Bu barədə jurnalist Lacin Səmla məlumat verib. Yəhudilər sənətçinin sözügedən konsert layihəsinə qarşı çıxıblar.

Onlar 77 şəhidimizin və onlarla yaralımızın olduğunu, ölkədə bütün mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun İsrailə səfər etməməsini tələb ediblər.

Məsələ ilə əlaqədar müğənni Şəbnəm Tovuzlu ilə əlaqə saxladıq. Sənətçinin köməkçisi sözü gedən konsert layihəsinin təxirə salınması ilə bağlı danışıqların getdiyini bildirdi. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru