Puqaçovadan “xarici agent” elan edilən ərinə dəstək – “Məni də yazın”

19-09-2022, 11:25           
Puqaçovadan “xarici agent” elan edilən ərinə dəstək –
Rusiyalı müğənni Alla Puqaçovanın sosial şəbəkələrdə əri Maksim Qalkinin (Rusiyada xarici agent kimi tanınıb) xarici agent kimi tanınması ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə müraciəti yayılıb.

TİA.AZ “Qazeta.ru”ya istinadən xəbər verir ki, Puqaçova da bu siyahıya salınmasını xahiş edib.

“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki mən həyat yoldaşımla həmrəyəm”, – deyə Puqaçova bildirib.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi “siyasi fəaliyyətlə məşğul olduğu” və Ukraynadan maliyyə aldığı iddiası ilə Maksim Qalkini xarici agent siyahısına salıb. Qalkin hazırda xaricdə yaşayır, Puqaçova özü bu yaxınlarda uşaqları ilə birlikdə Rusiyaya qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru