Castin Biberin evinə naməlum şəxs daxil oldu

20-09-2022, 10:35           
Castin Biberin evinə naməlum şəxs daxil oldu
Los-Ancelesdə naməlum şəxs Castin Biberin evinə daxil olub.

Naməlum kişi mühafizəçilərin yanından ötərək evin həyətinə girib.

Təhlükəsizlik xidməti onu görən kimi, kişi hasardan tullanaraq qaçıb.

Təqiblərə baxmayaraq, onu tutmaq mümkün olmayıb.

İnsident zamanı Castin Biber və həyat yoldaşı evdə olmayıblar. Cütlük qastrol şouları arasında istirahətə yollanıb.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.