Hollivud ulduzundan qalmaqallı AÇIQLAMA: Kliçko qızımızı aldadaraq Ukraynaya gətirib və… - FOTO

29-09-2022, 14:14           
Hollivud ulduzundan qalmaqallı AÇIQLAMA: Kliçko qızımızı aldadaraq Ukraynaya gətirib və… - FOTO
Hollivud ulduzu Hayden Panettiere boks üzrə dünya çempionu Vladimir Kliçkonu qızlarını aldadaraq Ukraynaya gətirməkdə və uşağından məcburən imtina etməkdə ittiham edib.

Bizim.Media “Комсомольская правда” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı aktrisa Cadi Pinkett-Smittin “Red Table Talk” şousunda qonaq olduğu zaman o, hazırda 7 yaşlı qızı Kaya ilə nə görüşə, nə də ki onu görə bilmədiyini vurğulayıb.

Hayden bildirib ki, Kliçkonun qızını həmişəlik ondan almağa qərar verəcəyini ağlına belə gətirməyib. O, əmin idi ki, boksçu həmişəki kimi Kayanı Ukraynaya aparıb vətənə qaytaracaq. Amma bu baş verməyib.
Kliçko ona Kiyevdən zəng vurub və qızının daha ABŞ-a gəlməyəcəyini deyib. Boksçu ona təzyiq göstərib və qızından imtina ərizəsini imzalamağa məcbur edib. Müsahibədə aktrisanın narkotik alüdəçisi olduğu da üzə çıxıb.

Belə olan halda isə məhkəmə uşağın ana da deyil ata da qalacaq qərarını qəbul edib. Aktrisa əmindir ki, Kliçko ilə ABŞ-da məhkəmədə razılığa gəlsəydilər, uşağı ondan ala bilməzdi.

“Mən onu heç vaxt təhlükəyə atmamışam və edə biləcək heç nə etməmişəm... Bu ölkədə uşağım heç vaxt əlimdən alınmayacaq, bu heç vaxt olmayacaq”, - deyə Hayden bildirib.

Aktrisa yaxşılaşan kimi Kayanın yanına qayıdacağına, anası və atası ilə vaxt keçirəcəyinə ümid edib. Amma bu baş verməyib.
Panettierenin sözlərinə görə, Kliçko tam qəyyumluq aldıqdan sonra Kaya bir daha anasının hazırda yaşadığı Kaliforniyaya qayıtmayıb. İndi o, qızını görmək üçün Avropaya getməlidir. Sənətçinin reabilitasiya mərkəzində səkkiz aylıq müalicə kursu keçməsinə və hazırda narkotik və spirtli içkilərdən istifadə etməməsinə baxmayaraq, Kliçko qızının yanına gəlməsinə icazə vermir.

Rəşad Əliyev, Bizim.Media
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.