Müharibə əleyhdarı olan rusiyalı repçi intihar edib – VİDEO

1-10-2022, 09:54           
Müharibə əleyhdarı olan rusiyalı repçi intihar edib – VİDEO
Rusiyalı repçi, “Walkie” ləqəbi ilə məşhur olan İvan Petunin intihar edib.

27 yaşlı repçinin cəsədi Krasnodar şəhərində, çoxmərtəbəli binanın yaxınlığında tapılıb.

O, ölümündən əvvəl sosial şəbəkələrdə videomüraciət yayımlayıb.

Petunin çıxışında Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib.

“Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq lazımdır”, - deyə repçi bildirib

Mənbə: 93.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru