“Rəhim xəstəliyini anasından da gizlətmişdi” – Kübra Əliyeva

2-10-2022, 00:06           
“Rəhim xəstəliyini anasından da gizlətmişdi” – Kübra Əliyeva
“Bizim danışmağımız artıq gecdir. Demək istəyirəm ki, mən iki ay əvvəl onu gördüm, amma ayaqları belə deyildi. İdman ayaqqabısı geyinmişdi, onun geyim tərzi idi. Halından şikayət etmədi. İndi başa düşürəm ki, o, xəstəliyindən heç kimə danışmayıb”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva “Bizimləsən” verilişində dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli haqda deyib.

K.Əliyeva mərhumun xəstəliyini anasından gizlətdiyini açıqlayıb:

“Onu qoruya bilmədik, çünki o, dərdini heç kimə söyləməyib. Xəstəliyi bilinsəydi, dövlət tərəfindən də nəzarətə götürülərdi. Rəhim xəstəliyini anasından da gizlədib. Gizli-gizli dərmanlar qəbul edib. Hansı dərmanları qəbul edirsən? Bəlkə heç o preparatlar sənə olmaz? Bir iki nəfərlə məsləhətləşmək lazım idi. Kaş ki, Rəhim səhhətində yaranan problemlərdən xəbər verərdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru