Avtomobili sənət əsərinə çevirib hərraca çıxardılar

3-10-2022, 11:54           
Avtomobili sənət əsərinə çevirib hərraca çıxardılar
Nio EP9 elektrik hiperkarı sənət əsərinə çevrilib.

Çinli mütəxəssisləri tərəfindən hazırlanmış avtomobil trasda ən sürətli elektrik avtomobili adını qazanıb.

1360 at gücünə malik Nio EP9-dan cəmi 16 ədəd istehsal edilib, onların hər biri öz sahibini tapsa da, bu yaxınlarda avtomobillərdən biri satışa çıxarılıb.

Sənət əsərinə çevrilən Nio EP9 “Bonhams” xeyriyyə auksionu tərəfindən hərraca çıxarılıb.

Los-Ancelesdəki Petersen Avtomobil Muzeyinin ekspozisiyasından olan hiperkar

rəssam Nikolas Şlater tərəfindən bəzədilib.

Hərracın təşkilatçıları ən azı bir neçə milyon dollar qazanmağı düşünürlər.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru