“Kölə İsaura”nın ulduzu Braziliya parlamentinə keçə bilmədi
4-10-2022, 09:38
“Kölə İsaura”teleserialında baş rolu oynaması ilə tanınan aktrisa Luselia Santos “Twitter”də Braziliya hökumətinin aşağı palatasına keçirilən seçkilərdə qalib gələ bilmədiyini açıqlayıb.
“Biz seçkilərdə qalib gəlmədik, lakin mübarizəmiz davam edir”, - deyə Santos yazıb.
Aktrisa Braziliya prezidentliyinə namizəd Luiz İnasio Lulu da Silvanı dəstəkləyir. O, Rio-de-Janeyro ştatından deputat seçilib. Santos ətraf mühitin və Amazon bölgəsinin, Braziliyanın yerli xalqlarının qorunması və mədəniyyətin inkişafı üçün kampaniya aparıb.