Fransa kino ulduzları iranlı qadınlara dəstək olaraq saçlarını kəsdilər - VİDEO

6-10-2022, 09:44           
Fransa kino ulduzları iranlı qadınlara dəstək olaraq saçlarını kəsdilər - VİDEO
İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara məşhur fransız xanımları da dəstək veriblər.

Şarlotta Qinzburq, Ani Jirardo, İzabel Yuper, Ceyn Birkin, İzabel Adjani, Marion Kotiyyar, Şarlotta Ramplinq və başqa aktrisalar sosial şəbəkələrdə “Azadlıq naminə!” şüarı altında saçlarını kəsdikləri videolar yayımlayıblar.

Birgə paylaşımda ümumilikdə 50-dən çox sənətçi yer alıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə, İranda sentyabrın 16-dan bəri etirazlar nəticəsində 130-dan çox adam ölüb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ baş verənlərə sərt reaksiya verdikləri üçün ölkə hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru