Alek Bolduin mərhum ukraynalı operatorun ailəsi ilə razılığa gəlib

6-10-2022, 09:48           
Alek Bolduin mərhum ukraynalı operatorun ailəsi ilə razılığa gəlib
Amerikalı aktyor Alek Bolduin “Rust” (“Pas”) filminin çəkiliş meydançasında həlak olan ukrayna əsilli operator Qalina Hatçinsin ailəsi ilə razılığa gəlib.

Bu barədə çərşənbə günü aktyorun vəkili bəyanat yayıb.

O, bildirib ki, razılaşmanın bir hissəsi olaraq, işə xitam veriləcək.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 21-də Bolduin “Pas” filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru