Məşhur ssenarist və rejissor vəfat etdi - FOTO

7-10-2022, 10:18           
Məşhur ssenarist və rejissor vəfat etdi - FOTO
Belçika əsilli alman ssenarist və rejissor Volfqanq Kolxaze 92 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun fəxri üzvü olduğu Almaniya Kino Akademiyası məlumat yayıb.

O, “Sanni Solo” dramının rejissoru kimi məşhurlaşıb. Daha çox ssenariləri ilə yadda qalan Kolxaze “Fars dərsləri”, “Mənim on doqquz yaşım var idi” və “Ritanın əfsanələri” kimi filmlər üzərində işləyib.

Kolxaze San Sebastian və Berlin Film festivallarında mükafatlar qazanıb, həmçinin Avropa Film Akademiyası Mükafatına namizəd olub. 2010-cu ildə kinoya verdiyi töhfəyə görə Berlinaledə fəxri “Qızıl Ayı” mükafatı alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru