“Avroviziya-2023” mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək. Bu barədə teleaparıcı Qrem Norton BBC Yayım Korporasiyasının efirində bildirib. BBC Avropa Yayım Birliyi ilə birlikdə qalib ərizənin seçimini yekunlaşdırıb. Seçimin nəticələrinə görə, “Avroviziya-2023”-ün keçiriləcəyi yer Liverpul olacaq.