Baş mühəndisi döyən baş rejissor polisə çağırıldı

17-05-2016, 16:45           

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəlinin baş mühəndis Habil Orucovu döyməsi barədə məlumat vermişdik

Ölkə.Az-a daxil olan məlumata görə, yazıdan sonra hər iki şəxs Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. H.Orucovdan döyülməsi haqda yayılan məlumatların həqiqət olduğu soruşulub. O isə idarədə haqqında yazılanları nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, hadisə bir neçə gün öncə teatrda baş verib. Teatrın baş rejissoru Xəzər Gəncəli baş mühəndis Habil Orucovu döyüb. Nəticədə Habil Orucov sifət nahiyəsindən ağır zədələr alıb, ürəyi gedib. Teatra təcili tibbi yardım çağırılıb.

Hadisədən qısa müddət sonra Xəzər Gəncəli Bakıya qaçıb. Baş mühəndisin oğlanları X.Gəncəliyə Mingəçevirə qayıdacağı halda onu döyəcəkləri ilə hədələyiblər. Ancaq Habil Orucova bu barədə heç yerə şikayət etməmək və oğlanlarını sakitləşdirmək tapşırığı veriləndən sonra baş rejissor Mingəçevirə qayıdıb.

Məsələni diqqətdə saxlayacağıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.