Conni Depp son görünüşü ilə pərəstişkarlarını məyus etdi - FOTO/VİDEO

11-10-2022, 11:05           
Conni Depp son görünüşü ilə pərəstişkarlarını məyus etdi - FOTO/VİDEO
Amerikalı aktyor Conni Depp yeni stili ilə pərəstişkarlarını məyus edib. Belə ki, o, obrazına fərqlilik verən bığ və saqqalını təraş edib.

“Karib dənizinin quldurları”nın ulduzu bu obrazda Nyu-Yorkdakı “Capital Theater”də konsertindən əvvəl görünüb.

Ancaq çiyinlərinə qədər açıq saçlarla və təmiz təraş edilmiş üzü ilə ictimaiyyət qarşısına çıxan Deppin yeni imici pərəstişkarları tərəfindən xoş qarşılanmayıb.


“Lənət olsun, mən həmişə Deppin qocalığında nə qədər karizmalı olacağını təsəvvür edirdim. Təəssüf ki, o, Mikki Rurk kimi ola bilər!”, “O, əzgin görünür”, “Onu belə görmək kədərlidir”, “Qoca Conni, dəqiq sən təraş etməməli idin”, - deyə sosial şəbəkə istifadəçiləri bildiriblər.

Xatırladaq ki, sentyabr ayında Ceyson Momoa da stilini kəskin dəyişmişdi: Saçlarını qırxdıran Hollivud ulduzu bunu etiraz aksiyası kimi həyata keçirmişdi.




Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.