“Prada” alt geyiminə bənzəyən qolsuz köynəkləri rekord qiymətə satışa çıxardı

11-10-2022, 12:43           
“Prada” alt geyiminə bənzəyən qolsuz köynəkləri rekord qiymətə satışa çıxardı
İtalyan dəb evi “Prada” alt geyiminə bənzəyən yeni qolsuz köynəklərini satışa çıxarıb.

Onların ağ pambıqdan hazırlandığı və kişilər üçün nəzərdə tutulduğu bildirilib. Geyimlər dəb evinin loqosunu əks etdirən üçbucaqlı lövhəcik ilə bəzədilib.

Köynəklərin qiyməti isə bir çoxlarında təəccüb doğurub. Belə ki, onları əldə etmək istəyənlər bir ədəd üçün 995 dollar ödəməlidirlər.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.