Tellidən Xatuna: - "Niyə qəlb sındırırsan?"

17-05-2016, 18:32           
Tellidən Xatuna: - "Niyə qəlb sındırırsan?"
Aşıq Telli Borçalı müğənni Xatun Əliyevaya xəbərdarlıq edib.

Axşam.az-ın məlumatına görə, ifaçı “10-dan sonra” verilişində Xatunun onu parodiya etməsinə qarşı çıxdığını bildirib:

“Xatunun özünə dedim ki, gözəl xanımsan, mahnıların da yaxşıdır. Elə mahnılarınla məşhurlaş, insanların yadında qal. Məni parodiya etməzdən əvvəl də eşidirdim ki, bir neçə müğənninin xətrinə dəyib. Bunu edib kiminsə xətrinə dəyirsənsə, gedib sonra könlün alırsansa, etmə. Niyə qəlb sındırırsan?
Həm də bilirəm ki, onda alınmaz. Onun incə danışıq tərzi var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru