Bill Mürrey çəkiliş meydançasında qısnadığı qadına pul ödəyib

12-10-2022, 11:34           
Bill Mürrey çəkiliş meydançasında qısnadığı qadına pul ödəyib
Amerikalı aktyor Bill Mürrey “Being Mortal” filminin çəkiliş meydançasında qısnadığı qadına 100 min dollar ödəyib.

72 yaşlı sənətçinin çəkiliş qrupunun üzvlərindən birinə yaxınlaşdığı və onu öpməyə başladığı iddia edilir.

Mürrey özü bunun qadının razılığı ilə baş verdiyini bildirib.

“Gülməli olduğunu düşündüyüm bir şey etdim, amma belə alınmadı. Hazırda biz ünsiyyət qururuq və bir-birimizlə barışmağa çalışırıq”, – aktyor bu hadisə ilə bağlı deyib.

Pulu alan qadın aktyora və filmin prodüserlərinə qarşı hər hansı iddiadan imtina edib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru