"SpaceX"in sahibi və "Tesla"nın baş direktoru İlon Mask ətir biznesinə başlayıb. Bakupost.az xəbər verir ki, amerikalı iş adamı bu barədə özünün "Twitter" hesabında məlumat paylaşıb. O, sahibi olduğu “Boring Company” şirkətinin "Burnt Hair" (Yanmış saç) adlı ətir istehsal edəcəyini açıqlayıb. Məlumata görə, artıq 20 min sifariş qəbul edilib. Ətirin qiyməti isə 100 dollardır.