Müğənni konserti zamanı səhnədə öldü

17-10-2022, 08:48           
Müğənni konserti zamanı səhnədə öldü
Haitili müğənni Mikaben Benjamin Parisdə Carimi qrupu ilə konserti zamanı çıxış etdikdən sonra vəfat edib.

Teref.az xəbər verir ki, müğənni ifadan sonra huşunu itirib, həkimlər ona ürək masajı etsələr də xilas edə bilməyiblər. Sənətçinin 41 yaşı var idi.

Mikabeni səhnəyə "Ou Pati" kompozisiyasını ifa etmək üçün dəvət ediblər (apa).

Bu, qrupun dağılmasından altı il sonra kollektivin ilk çıxışı idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.