Acun Ilıcalının 20 milyon dollarlıq yaxtası ortaya çıxdı: Futbol meydançası da var - FOTO/VİDEO

19-10-2022, 11:36           
Acun Ilıcalının 20 milyon dollarlıq yaxtası ortaya çıxdı:
Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun Ilıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.

47,2 metrlik yaxtanın adı Ilıcalının qızlarının baş hərflərindən ibarətdir və “B.A.L.M.Y.” adlanır.

Yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.

20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki “Caterpillar C32” dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.

Yaxtanın çəkisi 498 tondur və maksimal sürəti 14,5 knot (26,8 kilometr/saat) təşkil edə bilir.

Yaxtanın göyərtəsində dincəlmək və günəş vannası qəbul etmək üçün sahə, spa və hətta kiçik futbol meydançası var.




Mənbə: Snobmagazin.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru