Cared Leto öz kosmetika məhsullarını təqdim edib

19-10-2022, 12:14           
Cared Leto öz kosmetika məhsullarını təqdim edib
Amerikalı aktyor və müğənni Cared Leto “Twentynine Palms” brendi altında öz kosmetika məhsullarını müştərilərin istifadəsinə buraxıb.

Məhsulların siyahısına üz və bədən dərisinə qulluq və saç baxımı üçün 11 məhsul daxildir. Onların istehsalı üçün səhra bitkilərindən alınan maddələrdən istifadə olunur.

Sənətçi etiraf edib ki, kosmetikanın özü onun üçün çox da maraqlı deyil.

“Mənim heç vaxt şəxsi qulluq vasitələrinə marağım olmayıb. Ancaq hər zaman təbii yolla özünə qulluq etmək fikri məni cəlb edib”, - deyə kino ulduzu bildirib.

Gender baxımından neytral məhsullar təkrar emal edilmiş plastik şüşələrə qablaşdırılır. Məhsulların qiyməti təxminən 40-90 dollardır.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.