Kevin Speysi məhkəmədə cinsi qısnama iddialarını rədd edib

19-10-2022, 12:34           
Kevin Speysi məhkəmədə cinsi qısnama iddialarını rədd edib
Nyu-Yorkda tanınmış aktyor Kevin Speysiyə qarşı cinsi qısnama iddiası ilə bağlı məhkəmə iclası keçirilib. O, bütün ittihamları rədd edib.

İddiaçı aktyor Entoni Rapp 14 yaşında Speysi tərəfindən təcavüzə məruz qaldığını bildirib. Speysinin özü o zaman 26 yaşında olub.

Rapp iddia edib ki, 1986-cı ildə ziyafətdən sonra Speysi ona cinsi təcavüz etməyə cəhd göstərib. Zərərçəkmişin sözlərinə görə, o, aktyorun evindən qaça bilib və uzun illər baş verənləri danışmağa cəsarət etməyib. Rapp ilk dəfə 2017-ci ildə Speysiə qarşı ittiham irəli sürüb.

Rappın ifadələri, ulduz aktyorun zorakılığının qurbanı olan 15 digər şəxsin etirafları ilə birlikdə Speysinin karyerasını korlayıb və aktyorun populyar “House of Cards” serialındakı rolunu itirməsinə səbəb olub.

“Mənim Entoni Rapp və ya başqa uşağa qarşı cinsi marağım olmayıb. Onunla heç vaxt tək qalmamışam”, - deyə Speysi bildirib.

Mənbə: RenTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru