“Harri Potter”in ulduzu alkoqolla bağlı problemlərdən danışıb

20-10-2022, 10:38           
“Harri Potter”in ulduzu alkoqolla bağlı problemlərdən danışıb
“Harri Potter” filmlərində Drako Malfoy obrazını canlandıran 35 yaşlı britaniyalı aktyor Tom Felton içki ilə bağlı problemlərindən danışıb.

O, yaşadıqlarını “Sehrli çubuğun əks üzü: Sehrbaz kimi böyüməyin sehri və xaosu” kitabında açıqlayıb.

Sənətçinin sözlərinə görə, o, müntəzəm olaraq gün batmazdan əvvəl bir neçə şüşə pivə və bir neçə stəkan viski içib. Felton vurğulayıb ki, onun asılılığı daha dərin psixi sağlamlıq problemlərilə bağlı olub.

Daha sonra sevgilisi aktyorun durumundan narahat olub və müalicə olunmağı təklif edib. Oxşar məsləhətlə “Harri Potter”in ulduzuna vəkili də müraciət edib.

Daha sonra aktyor reabilitasiya mərkəzinə getsə də, bir gün sonra oranı tərk edib. Sənətçi ikinci reabilitasiya mərkəzinə yerləşdirilib. Orada qadınlar şöbəsində gecələyən aktyor qaydaları pozduğuna görə qovulub.

Bir müddət sonra aktyor təkbaşına müalicə üçün üçüncü reabilitasiya mərkəzinə üz tutub.

“Hamımız həyatımızın bir məqamında fiziki sağlamlıq problemlərilə qarşılaşdığımız kimi, psixi sağlamlıq problemlərilə də qarşılaşırıq. Utanılası bir şey yoxdur. Bu zəiflik əlaməti deyil”, - deyə sənətçi qeyd edib.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.