Məşhur türkiyəli şoumen haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarıldı - FOTO

21-10-2022, 10:26           
Məşhur türkiyəli şoumen haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarıldı - FOTO
Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarılıb.

Erbil klipində rol alan müğənni Ece Ronay Biliri təzyiq və təhdid etməkdə ittiham olunur.

Şoumen barəsində ümumilikdə 8 il 10 ay həbs cəzası istənilib və zorla gətirilmək barədə qərar çıxarılıb. Lakin o, səhhətində yaranan problemləri bəhanə edərək məhkəməyə qatılmayıb. Bu halda təqsirləndirilən Ərbilin yenidən zorla gətirilməsi barədə qərar verilib.

Anadolu 67-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Ece Ronay Bilir iştirak etdiyi halda, Mehmet Əli Ərbil tərəfdən vəkilləri olub. Ece Ronay Bilir şikayətinin davam etdiyini bildirib və Erbilin cəzalandırılmasını istəyib.

“Sosial media platformalarında açdığı canlı yayımlardan da göründüyü kimi, müttəhimin səhhəti yerindədir”, - deyə Ece Ronayın vəkili qeyd edib.

Mehmet Ali Erbilin vəkili isə bildirib ki, müvəkkili keçirdiyi əməliyyat və tibbi rəy əsasında üzrlüdür. “Növbəti məhkəməyə hazır olacaq”, - deyə o əlavə edib.

Məhkəmə müvəqqəti qərarını açıqlayıb. Təqsirləndirilən Mehmet Ali Erbilin zorla gətirilməsinə qərar verib və iclası təxirə salıb.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.