Rus müğənni Bakıda qarət olundu: Çantamı açıb gördüm ki...

23-10-2022, 16:43           
Rus müğənni Bakıda qarət olundu:
Rusiyalı məşhur müğənni Olqa Orlova Bakıda qarət olunub.

Teref.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.

İtaliyaya Bakıdan uçmalı olduğunu deyən müğənni restoranda qarət olunduğunu bildirib:

“Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyinə kimi bütün pulumuz oğrulanıb. Bu, böyük məbləğ idi".

Lakin çətinliklərə baxmayaraq, Orlova Bakını bəyəndiyini etiraf edib:

“Ancaq Bakı şəhəri gözəldir! “Blestyaşie” qrupunun qastrolundan bəri burada olmamışam. Və bu, 21 ildən çoxdur. İnsanlar heyrətamizdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru