Azərbaycanlı məşhurların AYAQYALIN ŞIDIRĞI RƏQSİ - VİDEO
25-10-2022, 11:29
Müğənni Kərim Abbasov maraqlı rəqs videosu ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, ötən gün paytaxt toylarından birində səhnə alan sənətçi orada rəqs edib. Bu dəfə ifaçı həmkarı Emil Bədəlovla birlikdə oynayıb. Onlar ayaqqabılarını çıxararaq mahnı səsləndirdikləri səhnədə şıdırğı rəqs etməyə başlayıblar.
Məşhurların bu addımı ətarfdakı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Kərim Abbasov "Tarixin bir günü" verilişinə qonaq olarkən məclisdə rəqsi üçün 8 min manat pul aldığını dilə gətirib.