Məşhur müğənni konserti zamanı pis vəziyyətə düşdü: Xəstəlikdən gözü bağlandı - VİDEO

26-10-2022, 11:08           
Məşhur müğənni konserti zamanı pis vəziyyətə düşdü: Xəstəlikdən gözü bağlandı - VİDEO
Amerikalı müğənni Keti Perri konsert zamanı göz tikinə görə pis vəziyyətə düşüb.

Bununla bağlı yayılan kadrlarda görünür ki, 38 yaşlı məşhurun gözünün biri qeyri-ixtiyari bağlanır. O, əli ilə gicgahından basaraq bunun qarşısını almaq istəsə də, səyi uğursuz olur. Keti Perri məcburiyyət qarşısında qalaraq səhnəni tərk edir.


Pərəstişkarlarından bəziləri ulduzun xəstəliklə üzləşdiyini, digərləri isə onun həddindən artıq inyeksiya vurdurduğu üçün bu hala düşdüyünü deyib.

“Niyə hamı gülür? Bu, əsəbdəndir”, “Bəlkə bunlar peyvəndin nəticəsidir?”, “Yazıq Keti”, “Bəlkə kosmetoloqa getməyi dayandırmağın vaxtıdır?” - deyə istifadəçilər öz fikirlərini bölüşüb.

Perrinin özü isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru