Məşhur rəssamın əsəri 77 il “baş-ayaq” nümayiş olunub - FOTO/VİDEO

30-10-2022, 10:44           
Məşhur rəssamın əsəri 77 il “baş-ayaq” nümayiş olunub - FOTO/VİDEO
Hollandiyalı abstraksionist rəssam Pit Mondrianın “New York City I” adlı əsəri 77 il tərsinə sərgilənib.

Bu barədə Düsseldorf Müasir İncəsənət Muzeyinin kuratoru Suzan Meyer-Byuzer bəyan edib.

Rəsm 1941-ci ildə çəkilib və ağ fonda kəsişən perpendikulyar çoxrəngli lentlərdən ibarət kompozisiyadır.

Meyer-Byuzerin sözlərinə görə, əsərin zolaqları aşağı getdikcə sıxılıb.

“Şəbəkənin qalınlaşması yuxarıda olmalıdır - qaranlıq səma kimi. Bunu digər kuratorlara bildirən kimi başa düşdük ki, bu, açıq-aşkar yanlışlıqıdr. Mən 100% əminəm ki, şəkil səhv nümayiş olunub”, - deyə sənətşünas izah edib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru