Sənətçilərimizdən 18+ tamaşa… - FOTO/VİDEO

23-11-2022, 16:19           
Sənətçilərimizdən 18+ tamaşa… - FOTO/VİDEO
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının növbəti tamaşası keçirilib.

TEREF.AZ Olay-a istinadla xəbər verir ki, Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” əsəri (1944) əsasında hazırlanıb.

Tamaşada rolları Elşən Əskərov, Lalə Süleymanova və Səmayə Qulamova (Ağayarova) canlandırır. Gənc sənətçilər 18+ tamaşada performansları ilə yadda qalıblar. Əsərdə üç şəxsin zəncirvari şəhvət hissi xüsusi vurğulanıb. Tamaşadakı cəsarətli sevişmə səhnələri də diqqət çəkib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru