Əliverdiyeva Ölkə.Az-a açıqlamasında bildirib ki, kimin onun haqqında nə danışmasıyla maraqlanmır:
"Kim nə deyir, desin, heç umrumda da deyil. İşlərim o qədər çoxdur ki... Qoy o da nə istəyirsə desin, Dostumuzdur, həmkarımızdır. Hamımız jurnalistikaya xidmət edirik. Şpaqat açmağın özü də bir istedaddır. Bu sözlər də onun mədəniyyəti və tərbiyəsidir".
Xatırladaq ki, İlhamiyyə Rza ANS-dən gedişi ilə bağlı xeber365.com saytının suallarını cavablandırarkən ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı dolayısıyla tənqid edib:
"Düzü, mənə “get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil".