Namiqlə oxşarı arasında “qız söhbəti” böyüdü – QALMAQAL

27-05-2016, 00:31           

Meyxanaçı Namiq Qaraçuxurlu bənzəri Elman Məmmədov barəsində dediyi “Mənim adımdan istifadə edib, xanımlarla danışır” sözləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən E.Məmmədov N.Qaraçuxurlunun ünvanına bu sözləri deyib:
“Namiqin mənim barəmdə dedikləri ağ yalandır. Elə bir söhbət olmayıb. Hansısa qızla söhbət etmişəmsə, öz adımla danışmışam. Orada Namiqin adı hallanmayıb. Guya mən Namiqin adından istifadə edib, xanımla danışmışam. Buna heç ehtiyacım da yoxdur. Bu söhbəti kimsə çıxarıb, Namiq də bildi-bilmədi danışıb. Bu da mənim yox, Namiqin günahıdır. Çünki kimisə dediyinə inanıb, rəy verib. Özümü kimdənsə nə aşağı, nə də üstün tutmuram. Onun bu cür danışmasının cavabını verəcəyəm”.
E.Məmmədov N.Qaraçuxurluya xəbərdarlıq etməyi də lazım bilib: “Sizin vasitənizlə Namiq Qaraçuxurluya xəbərdarlıq edirəm. Əgər bir də Namiq mənim adımı bu cür məsələlərdə hallandırsa, hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Nə üçün mənim barəmdə belə şey danışılır? Yəni qalmaqalla, söz-söhbətlə yenidən gündəmə gəlməyə ehtiyac yoxdur. Barəmdə belə şeylər danışdığına görə, belə gümana gəlirəm ki, bütün bunlar gündəmdə qalması üçündür. Amma hər kəs öz ayranını qarışdırsa, yaxşıdır”.
Qeyd edək ki, Namiq Qaraçuxurlu “Ondan sonra” verilişində bənzəri barədə bu sözləri demişdi: “Mənim adımdan kiminləsə danışmasın. Almaniyada olanda bir tanışım mənə yazdı ki, hardasan? Deyirəm, Almaniyada. Qayıtdı ki, bir xanım sənə bənzəyən oğlanla danışır. O da özünü Namiq kimi qələmə verib. Mənim adımdan girib harasa şərhlər yazırlar. Bunları etməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.