Məşhur aktrisa “Aclıq Oyunları”nın çəkilişləri zamanı cinsi təcavüzə məruz qalıb - FOTO

3-03-2023, 12:18           
Məşhur aktrisa “Aclıq Oyunları”nın çəkilişləri zamanı cinsi təcavüzə məruz qalıb - FOTO
Amerikalı aktrisa, musiqiçi və fotoqraf Cena Meloun dünyaca məşhur “Aclıq Oyunları”nın (“The Hunger Games: Mockingjay”) çəkilişləri zamanı cinsi təcavüzə məruz qaldığını etiraf edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün “Instagram” hesabından yazıb.

38 yaşlı aktrisanın sözlərinə görə, qorxunc hadisə Coanna Meyson rolunu oynadığı filmin ikinci hissəsinin çəkilişləri başa çatdıqdan sonra baş verib.

Meloun paylaşımına şəkil əlavə edib və bildirib ki, fotoçəkilişlər başa çatdıqdan və layihə üzrə həmkarları ilə vidalaşdıqdan sonra Fransada çəkilib. O, həmin ərazidən keçərkən sürücüdən avtomobili saxlamağı və xatirə üçün onun şəklini çəkməsini istəyib.

“Baxmayaraq ki, bu dəfə Parisdə mənim üçün çox çətin idi; ağır ayrılıqdan keçirdim və birlikdə işlədiyim şəxs tərəfindən təcavüzə məruz qaldım”.


Ancaq aktrisa ona təcavüz edənin adını açıqlamayıb. O, hələ də inkişaf edən “ləğv mədəniyyəti” səbəbindən təcavüzçünün adını çəkməyəcəyini və ümumiyyətlə bunun onun tamamilə sağalmasına necə kömək edə biləcəyini başa düşmədiyini deyib.

Cenanın dediyinə görə, o vaxtdan hisslərini qaydaya salmaq üçün ciddi səy göstərib – ancaq proses yavaş və ləng gedib, özünə hələ indilərdə gəlməyə başlayıb.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru