Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi: “Depressiyaya düşdüm”

5-03-2023, 11:58           
Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi:
“Deli yürek”, “Gülbeyaz”, “Aliye”, “Barda”, “Kış uykusu”, “Kaybedenler kulübü”, “Bodrum masalı” və “Behzat Ç.” kimi layihələrdə yer alaraq adından söz etdirən məşhur türkiyəli aktyor Nejat İşler ötən axşam Cihangirdə bir məkanda dostları ilə görüşüb.

Fotolarının çəkilməsini istəməyən Nejat İşler həmçinin danışmaq istəyində olmadığını da bildirib. Lakin daha sonra fikrini dəyişib və jurnalistlərlə söhbət edib.

“Dostlar, zəlzələ səbəbindən əhvalım olduqca pozulub. Bu zəlzələ məni depressiyaya saldı. Madam ki, bu qədər gözləmisiniz, o zaman şəkil çəkə bilərsiniz. Amma daha sonra gözləməsəniz, sevinərəm”, - deyə o qeyd edib.

Aktyor daha sonra dostları ilə söhbətinə davam edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru