Britni Spirs ərinin üzünə ad günündə TORT ÇIRPDI - VİDEO

6-03-2023, 13:35           
Britni Spirs ərinin üzünə ad günündə TORT ÇIRPDI - VİDEO
41 yaşlı məşhur amerikalı pop-ulduz Britni Spirs gənc həyat yoldaşı, fitnes məşqçisi Sem Əsgərini 29-cu doğum günündə özünəməxsus şəkildə təbrik edib.

BiG.AZ xəbər verir ki, Britni şəxsi "İnstagram" səhifəsinin "Hekayələr" bölməsində paylaşdığı videoda doğum günü tortunu Semin üzünə çırpıb.

Ulduz müğənninin yoldaşı isə bu hərəkətin müqabilində sadəcə təbəssüm edib. Deyəsən, o da artıq Britni Spirsin qeyri-adekvat hərəkətlərinə alışıb.

Bundan başqa, Britni həyat yoldaşı ilə fotolarını paylaşaraq ona sevgi etirafı edib:

"Ad günün mübarək! Səni çox sevirəm və ümid edirəm ki, ad günündə arzuladığın hər şeyə, hətta daha artığına çatacaqsan".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru