Türkiyəli aktrisa əməliyyat olundu: “Ümid edirəm hərəkət qabiliyyətim güclənəcək” - FOTO

8-03-2023, 12:07           
Türkiyəli aktrisa əməliyyat olundu:

Məşhur türkiyəli aktrisa, “Üç kız kardeş” serialının baş rol ifaçısı İclal Aydın əməliyyat olunub.

Bu barədə aktrisa “İnstagram” hesabında paylaşım edib.

Mikrodiskektomiya əməliyyatı olunduğunu açıqlayan İclal Aydın səhhəti ilə bağlı məlumat verib.

Aktrisa əməliyyatdan bir neçə saat sonra ayağa qalxıb və həkimi ilə çəkdirdiyi şəkli “İnstagram”da paylaşıb.

“Bu şəkil dünən səhər saat 07.30-da əziz doktor Bülent Önalın etdiyi servikal mikrodiskektomiya əməliyyatımdan 7 saat sonra çəkilib. Ayaqüstdəyəm, yeriyirəm və gülürəm, çox şükür. Ümid edirəm ki, aylardır davam edən ağrılarım, yuxusuzluğum, hərəkət qabiliyyətimdəki ləngimə aradan qalxacaq. Məni eyni gündə ayağa qaldırdıqları üçün həkimimə və komandasına təşəkkür edirəm. Hazırda keçici ağrılarım olsa da, dünənki bu təbəssümüm xatirə kimi qalsın istədim. Var olun, təşəkkür edirəm”, - deyə o qeyd edib.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru