82 yaşlı dizayner altıncı dəfə ata oldu

10-03-2023, 12:28           
82 yaşlı dizayner altıncı dəfə ata oldu
İtalyan dizayner Roberto Kavalli altıncı dəfə ata olub.

Onun model Sandra Nilssondan ilk övladı dünyaya gəlib.

Kavalli bildirib ki, doğuş bir həftə əvvəl Florensiyada baş verib.

“Uşağın adı Corciodur, mənim atamın babası kimi... O, mən dörd yaşında olanda Kavrilladakı qırğın zamanı nasistlər tərəfindən güllələnib. Körpə gözəldir və onu doğuşdan dərhal sonra görmək çox həyəcanlı idi”, - Kavalli bildirib.

Qeyd edək ki, Roberto Kavalli və Sandra Nilsson 2014-cü ildən birlikdədirlər, lakin münasibətlərini rəsmi olaraq qeydə almayıblar.

Mənbə: rbc.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru